Kişi qumar oynamaq üçün 11 aylıq oğlunu SATDIbackend

Kişi qumar oynamaq üçün 11 aylıq oğlunu SATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir səs-küylü uşaq alveri hadisəsi İndoneziyada baş verib. Qumar aludəçisi olan yerli sakin on bir aylıq oğlunu qumara satmaq qərarına gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti yazır. Razılaşma uşağın anasından gizli şəkildə aparılıb. Ana uşağın itdiyini görüb və dərhal polisə müraciət edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi uşaq üçün 800 dollar alıb. O, bu pulu kazinoda xərcləmək niyyətində olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları uşağın atasına törətdiyi cinayətin təkzibolunmaz sübutlarını təqdim ediblər və o, törətdiyi əməli etiraf edib.

İnsan alverində şübhəli bilinən uşağın alıcıları da saxlanılıb. İndoneziyada belə cinayətlərə görə 15 il həbs və külli miqdarda cərimə nəzərdə tutulur.

Xuraman Etibarlı

İnterpress.az