“Kişinyov bizi hərbi münaqişəyə təhrik edir” – Qaqauziya rəhbəribackend

“Kişinyov bizi hərbi münaqişəyə təhrik edir” – Qaqauziya rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kişinyovla hərbi münaqişə üçün heç bir səbəb görmürəm və bunun baş verməyəcəyinə ümid edirik”.

İnterpress.az xəbər verir ki, bunu Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul muxtariyyətin Moldovadan mümkün ayrılması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

O bildirib ki, Kişinyovla hərbi münaqişə üçün heç bir səbəb görmür və bunun baş verməyəcəyinə ümid edir.

Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri deyib ki, “Hərəkət və Həmrəylik Partiyasından onlara birbaşa təzyiq var”

“Moldova prezidenti Mayya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyası Qaqauziyanı Kişinyova doğru kəskin addımlar atmağa təhrik edir. Onlar hər şeyi etməyə çalışırlar ki, Qaqauziya konkret addımlar atsın”, – o qeyd edib.

Qutsul Moldova prezidentliyi uğrunda mübarizə aparmaq niyyətində olmadığını da vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az