KİV: Paşinyan və Putin Ermənistanın sərhədyanı bölgələrindən Rusiya sərhədçilərinin çıxarılmasını razılaşdırıbbackend

KİV: Paşinyan və Putin Ermənistanın sərhədyanı bölgələrindən Rusiya sərhədçilərinin çıxarılmasını razılaşdırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutmuş görüşdə Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı “Zvartnots” hava limanını, eyni zamanda bu ölkənin Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk etməsi razılaşdırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə iqtidara yaxın “Baqramyan 26” teleqram kanalı bildirib.

“Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında danışıqlar uğurla nəticələnib. Daha əvvəl bildirildiyi kimi, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında xidmət etməyəcəyi barədə razılıq əldə olunmuşdu. Bundan başqa, Rusiya sərhədçiləri/hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri Sünik, Vayots Dzor, Geğarkunik, Ararat, Tavuşdakı məntəqələri tərk edəcəklər”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, aprelin 20-də Ermənistan lideri Nikol Paşinyan Rusiya sərhədçilərinin Tavuşdakı postları tərk edəcəklərini bildirmişdi. Eyni zamanda, bu bəyanatdan bir ay öncə hökumət başçısı Rusiya sərhədçilərinin bu ilin avqustunda sözügedən hava limanından çıxacaqlarını açıqlamışdı.