Kiyevdə SİLAHLI TOQQUŞMA – GUR 10 Ukrayna əsgərini əsir götürüb DÖYDÜbackend

Kiyevdə SİLAHLI TOQQUŞMA – GUR 10 Ukrayna əsgərini əsir götürüb DÖYDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevin elit qəsəbəsində GUR və Ukrayna ordusu arasında atışma olub.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Sanatoriya üstündə yaranan mübahisə silahlı qarşıdurmaya səbəb olub, 10 hərbçi əsir götürülüb.

Hadisə Kiyev vilayətinin elit Konça-Zaspa qəsəbəsində baş verib.

Məlumata görə, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndələri ilə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçiləri arasında atışma qeydə alınıb.

Bildirilir ki, GUR əməkdaşları “Oktyabr” sanatoriyasında darvazanı sındırıb, hasarı dağıdıb, həmçinin havaya və yerə atəş açıblar. Onlar USQ-nin 10 hərbçisini əsir götürərək onlara ciddi bədən xəsarətləri yetiriblər.

Daha sonra kəşfiyyatçılar əsirləri sərbəst buraxıb və binada barrikada quraraq gizləniblər. Onlar polis əməkdaşlarını və digər hərbçiləri əraziyə buraxmaqdan imtina ediblər.

Qarşıdurmanın səbəbi kimi tərəflərin sanatoriya ərazisini icarəyə götürmək hüququnu bölüşdürə bilməməsi göstərilir.

Xuraman Etibarlı

İnterpress.az