Köçərli Həsənov Göygöl və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcəkbackend

Köçərli Həsənov Göygöl və Daşkəsən rayonlarının sakinlərini qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 17-də “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov Göygöl rayonunda, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşları qəbul edəcək.

İnterpress.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbul saat 10:00-dan başlayaraq Göygöl rayon Sukanal Sahəsinin inzibati binasında keçiriləcək.

Qəbulda COVID-19 xəstəliyinə qarşı 3-cü doza (buster doza) ilə peyvənd olunmuş, birinci və ikinci dozadan tələb olunan müddət keçməmiş, peyvəndləməyə əks göstərişi olan, xəstəliyə yoluxaraq immunitet sertifikatına malik vətəndaşlar iştirak edə bilər.

Vətəndaşlar qəbul üçün Göygöl və Daşkəsən Sukanal Sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu”ya müraciət edə bilərlər.