Kolumbiya parlamentinə narkobaron Pablo Eskobarın təsviri olan suvenirləri qadağan edən qanun layihəsi təqdim edilib.
interpress.az xəbər verir ki, bu barədə “Associated Press” yazır.
Sənəd satıcıları, eləcə də Eskobarı və digər cinayətkarları “şöhrətləndirən” əşyalar geyinənləri cərimələməyi təklif edir.
Qanun layihəsinin müəllifi, qanunverici Kristian Avendano deyib:
“Biz bu insanları tərifləməyə və onların cinayətləri məqbul hesab edilən kimi davranmağa davam edə bilmərik”.
O hesab edir ki, Kolumbiyanı dünyaya tanıtmaq üçün başqa simvollar tapmaq lazımdır.
Xuraman Etibarlı
İnterpress.az