Kolumbiyada silahlı qruplar arasında baş verən qarşıdurmada 12 nəfər ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə üsyançıların, silahlıların və narkotik alverçilərinin olduğu ərazilərdə vəziyyətə nəzarət edən “İndepaz” qeyri-hökumət təşkilatı məlumat yayıb.
Kolumbiyanın qərbində bir neçə silahlı qrupun fəaliyyət göstərdiyi ərazidə 12 nəfər ölü tapılıb.
“Qafqa departamentinin Lopes de Micay bələdiyyəsinin kənd ərazisində beş qadın və yeddi kişinin öldürüldüyü qətliam baş verib”, – təşkilat bildirib.
Kolumbiya Silahlı Qüvvələrinin məlumatına görə, bu, İvan Mordiskonun rəhbərliyi altında ləğv edilmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri (FARC) üsyançı təşkilatının üzvləri tərəfindən yaradılmış silahlı qruplaşma üzvləri arasında münaqişədir.
Xuraman Etibarlı
İnterpress.az