Konqoda üsyançılar Qoma şəhərini ələ keçirdiklərini və 3000-ə yaxın məhbusun yerli həbsxanadan qaçdığını bildiriblər.
İnterpress.az xəbər verir ki, bu barədə Konqo radiosu məlumat yayıb.
Konqo Demokratik Respublikasındakı üsyançılar ölkənin şimal-şərqindəki Qoma şəhərini ələ keçirdiklərini və 3000-ə yaxın məhbusun yerli həbsxanadan qaçdığını iddia ediblər.
Respublikanın hakimiyyət orqanları və BMT-nin sülhməramlı missiyası qonşu Ruandanı üsyançıları dəstəkləməkdə günahlandırır və onu öz qoşunlarını KDR-dən çıxarmağa çağırıb.
Ruanda bütün ittihamları rədd edir.
Xuraman Etibarlı
İnterpress.az