“Koreyalı aktyor” rus qadını aldadaraq ona 280 min rubl (təxm. 4 650 man) pul verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Çeboksarı sakini üç aydır yazışmalarda özünü Cənubi Koreyadan olan aktyor kimi göstərən fırıldaqçıya görə borca düşüb.
Dələduz bildirib ki, maliyyə problemlərinə görə ABŞ-dəki evini satmalı olub və əşyalarını Rusiyaya göndərmək qərarına gəlib. Lakin guya sərhəddə problemlər yaranıb, ona cərimə və rüsum ödəmək üçün pul lazım olub.
Kömək etmək istəyən qadın kredit götürüb, əmanətini çıxarıb və fırıldaqçıya 280 min rubl göndərib. Tezliklə poçtda bağlamanın ələ keçirildiyi və daha 365 minə (təxm. 6 000 man) ehtiyac olduğu barədə məktub alıb. Məhz o zaman fırıldaqçının qurbanı aldadıldığını başa düşüb.
Xuraman Etibarlı
İnterpress.az