Koronavirusla bağlı son STATİSTİKAbackend

Koronavirusla bağlı son STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa 4 805 151 nəfər yoluxub.

Bu barədə OnlinePress.az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 316 719 nəfər ölüb, 1 860 032 nəfər sağalıb.

Qitələr üzrə koronavirusa ən çox yoluxma Avropada (1 780 768 nəfər) qeydə alınıb.

Ölkələr üzrə virusa ən çox yoluxma ardıcıl olaraq ABŞ (1 527 664 nəfər), Rusiya (281 752 nəfər), İspaniyadadır (277 719 nəfər).

Azərbaycanın sərhəd qonşuları Türkiyə 149 435 yoluxma ilə doqquzuncu, İran isə 120 198 yoluxma faktı ilə 10-cu yerdədir.

Azərbaycanda indiyə qədər 3274 nəfər koronavirusa yoluxub, 39 nəfər həyatını itirib, 2015 nəfər sağalıb.