Koronavirusun ən təhlükəli növü Yunanıstanda da aşkarlandıbackend

Koronavirusun ən təhlükəli növü Yunanıstanda da aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanda koronavirusun yeni ştamına yoluxma aşkar edilib.

Bu barədə “Report” “Skai” telekanalına istinadən xəbər verir.

Belə ki, koronavirusun yeni ştamı altı nəfərdə aşkarlanıb. Onlar ölkəyə Britaniyadan gəliblər. Mutasiyaya uğramış virusun həmin şəxslərin orqanizmində mövcudluğunu ekspres test göstərib.

Sonra onların analizləri əlavə yoxlamaya göndərilib. Yoxlama həmin şəxslərdə “Britaniya” ştamının mövcudluğunu müəyyənləşdirib.

Telekanal qeyd edib ki, pasiyentlər mehmanxanada karantindədir.

Dekabrın 14-də Böyük Britaniyanın Səhiyyə naziri Mett Henkok bildirib ki, ölkə alimləri yeni, mutasiya etmiş COVID-19 aşkarlayıblar. Koronavirusun yeni ştamı əvvəlkindən daha sürətli yayılır. Böyük Britaniyanın baş naziri Boris Conson isə deyib ki, koronavirusun yeni mutasiyası virusun başqa növlərindən 70 % daha yoluxucudur.

 

İnterpress.az