Korrupsiya ƏMƏLİYYATI:  İki yüksək rütbəli deputat və baş redaktor SAXLANILDI – FOTObackend

Korrupsiya ƏMƏLİYYATI: İki yüksək rütbəli deputat və baş redaktor SAXLANILDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Altay diyarında iki kommunist deputat saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Altay diyarı üzrə İstintaq Komitəsi məlumat yayıb.

Rusiyanın Altay diyarında dələduzluq və külli miqdarda vəsaitin mənimsənilməsində şübhəli bilinən iki kommunist deputat saxlanılıb.

İstintaqın məlumatına görə, deputatlar saxta işəgötürmə sxemi vasitəsilə dövlət büdcəsindən ümumilikdə 4,6 milyon rubl (təxminən 103 min manat) vəsait oğurlayıblar.

İttihama əsasən, Rusiya Federasiyası Kommunist Partiyasının (RFKP) üzvü, idman, mədəniyyət və gənclər siyasəti komitəsinin üzvü Andrey Çernobay partiya yoldaşlarından birini özünə köməkçi kimi sənədləşdirib.

Həmin qadın faktiki olaraq heç bir iş görməsə də, Çernobay mütəmadi olaraq onun fəaliyyəti barədə saxta sənədlər təqdim edərək maaş yazdırıb.

Nəticədə 2022-2025-ci illər ərzində 2,4 milyon rubl (təxminən 53 700 manat) vəsait mənimsənilib.

Oxşar sxemlə vilayət Qanunverici Məclisinin sədr müavini Yuri Kropotin də hərəkət edib. O, 2021-2025-ci illər ərzində büdcədən 2,2 milyon rubldan (təxminən 49 200 manat) çox vəsaiti ələ keçirib.

Bundan əlavə, cinayət işi çərçivəsində deputat köməkçisi və partiyanın “Qolos truda” qəzetinin baş redaktoru Darya Zulina da saxlanılıb.

Faktla bağlı xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başlanılıb və araşdırmalar davam edir.

Xuraman Etibarlı

İnterpress.az