Kreml Putinin Trampa hədiyyə verdiyini təsdiqləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bazar ertəsi jurnalistlərə bununla bağlı sualı cavablandırarkən bildirib. O, Putinin Trampa hədiyyə verdiyini təsdiqləyib.
Lakin Peskov bunu şəxsi adlandırıb, ona görə də təfərrüatları açıqlamayıb.
“Bu, həqiqətən də prezidentin amerikalı həmkarına verdiyi tamamilə şəxsi hədiyyədir.
Hədiyyə şəxsi xarakter daşıdığından, prezidentin özü nə vaxtsa bu barədə danışmağı məqsədəuyğun hesab etməsə, biz heç bir əlavə məlumat vermək istəməzdik”, – Kreml nümayəndəsi vurğulayıb.
Bundan əvvəl Moskvada Putinlə görüşən Trampın xüsusi elçisi Stiv Uitkoff Rusiya prezidentinin Trampa öz portretini “aparıcı rus rəssamından” sifariş verdiyini demişdi.
Xuraman Etibarlı
İnterpress.az