Kremlin saytında dövlət gerbindəki xaçlar YOXA ÇIXDI – FOTObackend

Kremlin saytında dövlət gerbindəki xaçlar YOXA ÇIXDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin saytında dövlət gerbindəki xaçlar yoxa çıxıb. İndi onun yerinə romblar var.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Kremlin saytında dövlət gerbindəki xaçlar yoxa çıxıb.

Rusiya rəhbərinin rəsmi saytının dizaynı indi bir az fərqli görünür.

Vladimir Putinin internet resursunda nədənsə ölkənin gerbi dəyişdirilib. Əsas simvolun hara itdiyi hələ də sirr olaraq qalır.

Çərşənbə axşamı, mayın 20-də çoxları kremlin.ru portalında Rusiya Federasiyasının gerbinin xaçlarını itdiyini görüb.

Bunun əvəzinə pravoslav inancı ilə heç bir əlaqəsi olmayan həndəsi fiqurlar ortaya çıxıb.

Xuraman Etibarlı

İnterpress.az