Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan “Crypto.com” da kriptovalyuta sənayesində işdən çıxarılma dalğasına qoşulub.
İnterpress.az “Haberglobal”a istinadən bildirir ki, “Crypto.com” işçi qüvvəsinin 20 faizini ixtisar etməyə hazırlaşır. “Crypto.com” işdən çıxarma qərarına “Coinbase”in keçən həftə 1000 işçini ixtisar edəcəyini elan etməsindən sonra gəlib.
Kriptovalyuta sənayesi 2022-ci ildə kriptovalyutaların kəskin azalması və nəhayət FTX-in iflası ilə çətin günlər yaşayır. Böyük əməliyyat həcmində azalma yaşayan kriptovalyuta birjaları qazanclarını qorumaq üçün müxtəlif addımlar atır. Ən yüksək həcmli kriptovalyuta Bitcoin 2022-ci ildə təxminən 67,7 faiz itirib.