“Kuba tükdən asılıdır” – Trampdan SƏRT XƏBƏRDARLIQ – FOTO/VİDEObackend

“Kuba tükdən asılıdır” – Trampdan SƏRT XƏBƏRDARLIQ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Oraya girib hər şeyi darmadağın edərik”.

İnterpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Kuba rəhbərliyinə qarşı çox sərt bəyanatlarla çıxış edib.

Məlumata görə, Tramp “Kuba tükdən asılıdır” deyərək adaya hərbi müdaxilə imasını dilə gətirib.

O bildirib ki, Kubaya “ora girib hər şeyi əsaslı şəkildə darmadağın etməkdən” daha böyük təzyiq göstərilə bilməz.

ABŞ Senatında isə bəyan edilib ki, Venesueladan sonra növbəti hədəf Qərb yarımkürəsində yerləşdiyi üçün məhz Kubadır.

Dövlət katibi Marko Rubio da rəsmi Havanı tənqid atəşinə tutaraq, ölkə rəhbərliyini səriştəsiz adlandırıb.

Qeyd olunur ki, Vaşinqtonun bu aqressiv ritorikası İranda davam edən kütləvi etirazlar fonunda baş verir.

Xuraman Etibarlı

İnterpress.az