Kubrik dünyanı idarə edənlərin gizli rituallarını açdığı üçünmü öldürüldü? – 25 illik SİRR – VİDEObackend

Kubrik dünyanı idarə edənlərin gizli rituallarını açdığı üçünmü öldürüldü? – 25 illik SİRR – VİDEO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stenli Kubrik Epşteyn işini “proqnozlaşdırıb” və infarktdan ölüb.

İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə və kino mütəxəssisləri arasında geniş müzakirələr başlayıb.

Məşhur rejissor Stenli Kubrikin sonuncu ekran əsəri olan “”Geniş Bağlı Gözlər”” (Eyes Wide Shut) filmi ətrafında yeni sui-qəsd nəzəriyyəsi virus kimi yayılmaqdadır.

İddia olunur ki, rejissor hazırda dünyanı sarsıdan Ceffri Epşteyn qalmaqalını və elita dünyasının gizli tərəflərini hələ o zaman təxmin edib.

Filmdə Kubrik yüksək təbəqənin qaranlıq dünyasını – gizli orgiyaları, ritualları və mütləq cəzasızlıq mühitini nümayiş etdirib.

Tom Kruzun canlandırdığı qəhrəman təsadüfən belə bir gizli məclisə düşür və anlayır ki, bu çevrədən sadəcə çıxıb getmək qeyri-mümkündür.

Epşteynin gizli sənədlərinin sızmasından sonra bir çoxları bu filmi sənədli ekran əsəri kimi qəbul etməyə başlayıb: adalar, nüfuzlu insanlar və qapalı gecələr filmdəki süjetlə üst-üstə düşür.

Hadisənin ən müəmmalı tərəfi isə rejissorun ölümü ilə bağlıdır. Kubrik filmin son versiyasını studiyaya təqdim etdikdən cəmi bir neçə gün sonra ürək tutmasından vəfat edib.

Şayiələrə görə, filmin bir hissəsi bəzi nüfuzlu şəxslərə olan eyhamları aradan qaldırmaq üçün kəsilərək atılıb.

Hərçənd bu iddiaların birbaşa sübutu yoxdur, lakin artıq 25 ildir ki, Kubrikin bu “proqnozu” dünya ictimaiyyəti tərəfindən müzakirə olunur.

Xuraman Etibarlı

İnterpress.az