“Kürd Elnur” un həbs görüntüsü – VİDEObackend

“Kürd Elnur” un həbs görüntüsü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az  “Kürd Elnur” ləqəbli avtoritet Elnur Abdullayevin həbs görüntüsünü əldə edib.

Xatırladaq ki, 90-OL-666 markalı X5 maşınının sahibi “Kürd Elnur” ləqəbli Abbasov Elnur Tofiq oğlu Babayev Zamin Nazim oğlunun adına olan maşını oğurlayıb. Avtomat ilə atəş açdığı üçün polisə şikayət edilib və buna görə “Kürd Elnur” oğurladığı maşının lazımı hissələrini söküb maşını dərədən yerə atıb. Hadisədən sonra səbəbkar yoxa çıxıb. Daha sonra polisin apardığı əməliyyat nəticəsində o, həbs olunub.

“Kürd Elnur” kimdir?

Elnur Abbasov kriminal aləmdə tanınmış avtoritetlərdən hesab olunur. Sosial şəbəkələrdə onunla bağlı qanunları pozması ilə bağlı videolar var. Videolarda avtomobili idarə edərəkən silahla havaya atəş açması, yol polisini hədələməsinə kimi görüntülər var.

“Kürd Elnur” dəfələrlə məhkumluq həyatı yaşayıb. O, istər Azərbaycanda, istərsə də Ukrayna həbsxanada olub. Son dövrlərdə sosial şəbəkələr vasitəsi ilə Elnur Abdullayev özünü etdiyi qanunsuzluqları reklam edir.

Əldə etdiyimiz məlumatlarda “Kürd Elnur”un bəzi imkanlı şəxsləri hədələyib, onlardan pul tələb etdiyi bildirilib.

“Kürd Elnur” mərhum qanuni oğru Rövşən Lənkəranskinin tərəfdarı olub.

Elnur Abdullayev bu günə kimi xəstəxanada olub. Bir neçə gün əvvəl baş verən kütləvi davada bıçaqlandığı qeyd olunur.