Küveyt vətəndaşı İsrail səfirliyinə basqın cəhdində TƏQSİRLİ BİLİNDİbackend

Küveyt vətəndaşı İsrail səfirliyinə basqın cəhdində TƏQSİRLİ BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveyt vətəndaşı Britaniyada İsrail səfirliyinə basqın etməyə cəhd etdiyinə görə mühakimə olunub.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” və “AOL” məlumat yayıb.

Böyük Britaniyada 34 yaşlı Küveyt vətəndaşı Abdullah Al-Badri terror aktı hazırlamaqda təqsirli bilinərək məhkum edilib.

Hadisə 2025-ci ilin aprel ayında baş verib. Belə ki, Al-Badri üzərində iki bıçaq və “şəhidlik haqqında qeyd” ilə İsrailin Londondakı səfirliyinə hücum edib.

O, səfirliyin hasarından aşmağa çalışarkən polis tərəfindən saxlanılıb.

İstintaq zamanı Abdullah Al-Badri hərəkətlərinin İsrail ilə HƏMAS arasında baş verən münaqişə nəticəsində “uşaqların qətlinə” etiraz etmək və müharibənin dayandırılması üçün bir mesaj göndərmək cəhdi olduğunu iddia edib.

Məhkəmə onun bu cəhdini terror aktına hazırlıq kimi qiymətləndirərək müvafiq hökm çıxarıb.

Xuraman Etibarlı

İnterpress.az