Rusiyada laboratoriyada dəhşətli partlayış baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Perm Milli Tədqiqat Politexnik Universitetində faciəvi hadisə baş verib. Ali təhsil müəssisəsində meydana gələn partlayış nəticəsində iki nəfər ölüb, üç nəfər isə xəsarət alıb. Qurbanlardan birinin 10 yaşlı uşaq olduğu bildirilir.
İlkin versiyaya görə, hadisəyə hidrodinamik stendin işində yaranan nasazlıq səbəb olub. Güclü zərbə dalğası laboratoriyanın qapılarını yerindən qoparıb.
Mütəxəssislər partlayışın təzyiq sisteminin həddindən artıq yüklənməsi səbəbindən baş verə biləcəyini ehtimal edirlər.
Xəsarət alanlardan ikisi təcili olaraq xəstəxanaya yerləşdirilib.
Xuraman Etibarlı
İnterpress.az






