Latviyada nikah mərasimlərinin şahid olmasa belə davam etməsi qərara alınıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Latviyanın LSM İctimai Yayımının xəbərinə görə, ölkə parlamenti Mülki Məcəlləyə bəzi dəyişikliklər edib.
Müvafiq olaraq, şahidlərin iştirak etməməsinin nikah üçün maneə yaratmayacağını nəzərdə tutan dəyişiklik qəbul edilib. Nikah üçün etibarlı və lazımi sənədləri müvafiq qurumlara təqdim edən cütlüklərdən müraciətlər qəbul ediləcək.
Qanuna edilən dəyişikliklər 2024-cü il iyulun 1-dən qüvvədə olacaq.