Latviyada “SSRİ” sözü yazılmış köynək geyinən kişini SAXLADIbackend

Latviyada “SSRİ” sözü yazılmış köynək geyinən kişini SAXLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviyada polis “SSRİ” sözü yazılmış köynək geyinən kişini saxlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Latviya KİV-ləri məlumat yayıb.

Latviyanın Liepaya şəhərində “Maslenitsa” bayramı şənlikləri zamanı polis bir nəfəri saxlayıb. Buna səbəb həmin şəxsin üzərində “CCCP” (SSRİ) yazısı, həmçinin oraq, çəkic və beşguşəli ulduz təsvirləri olan köynək geyinməsi olub. Bu barədə Dövlət Polisinin nümayəndəsi rəsmi məlumat verib.

Latviya qanunvericiliyinə əsasən, keçmiş SSRİ-nin və nasist Almaniyasının rəmzlərinin ictimai şəkildə nümayiş etdirilməsi qəti qadağandır.

Qadağan olunmuş simvolikadan istifadə edən həmin şəxsi 350 avro (təxminən 640 manat) məbləğində cərimə gözləyir.

Hadisə rusdilli icmanın ənənəvi bayramı qeyd etdiyi Libieşu küçəsində baş verib.

Xuraman Etibarlı

İnterpress.az