Lerikdə avtomobil aşıb, ölən varbackend

Lerikdə avtomobil aşıb, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 26-da saat 18.00 radələrində Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Lerik RPŞ tərəfindən araşdırma aparılır.

 

İnterpress.az