İsrailin baş naziri postuna ən uyğun namizəd mənəm.
interpress.az xəbər verir ki, bu barədə İsrailin keçmiş müdafiə naziri və keçmiş xarici işlər naziri Aviqdor Liberman Ynet-ə müsahibəsində bildirib.
İsrailin keçmiş müdafiə naziri (2016-2018) və keçmiş xarici işlər naziri (2009-2015) Liberman özünü Yəhudi Dövlətinin baş naziri postuna ən uyğun namizəd hesab edir.
“Seçkilərin nəticələri kimin daha layiqli olduğunu göstərəcək. Təcrübəmi və bacarığımı nəzərə alsaq, hazırda ən uyğun namizəd mənəm”, – o deyib.
Liberman bir daha baş nazir Netanyahunu İrana qarşı tədbirləri gecikdirdiyinə görə tənqid edib.
Onun sözlərinə görə, ölkənin baş naziri müdafiə naziri ilə əlaqə saxlamayanda müharibə aparmağın qeyri-mümkün olduğunu vurğulayaraq, indiki hökumətin heç bir nəzarəti olmadığını qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az