Livan Silahlı Qüvvələri İsrailə casusluqda şübhəli bilinən iki Suriya vətəndaşını saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb. Bildirilir ki, Livan Silahlı Qüvvələri İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinən iki Suriya vətəndaşını saxlayıb.
Mənbənin sözlərinə görə, şübhəlilər İsrailin hava hücumlarının nəticələri barədə məlumat toplayıb, həmçinin axtarış-xilasetmə əməliyyatlarını və dağıntılar altından ölənlərin cəsədlərinin çıxarılması prosesini sənədləşdiriblər.
Livan hərbçilərinin məlumatına görə, Suriya vətəndaşları sosial şəbəkələr vasitəsilə hərbi xidmətə cəlb edilib.
Xuraman Etibarlı
İnterpress.az