Liviyada daşqından zərər çəkən şəhər boşaldılıbbackend

Liviyada daşqından zərər çəkən şəhər boşaldılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviya hakimiyyəti daşqınlardan digər yaşayış məntəqələrinə nisbətən daha çox zərər çəkən Derna şəhərini bağlayıb və ora yalnız xilasetmə qrupları buraxılıb.

“İnterpress.az” TASS-a istinadən xəbər verir ki, bu barədə təcili yardım xidmətinin rəhbəri Salem əl-Fərcani bildirib.

Dernanın bağlanması və təxliyələrin səbəbi hələ də dağıntılar altında ölmüş insan cəsədləri və heyvan leşlərindən yayıla biləcək epidemiya təhlükəsi olub.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Liviyanın şimal-şərqində qasırğa və daşqınlar səbəbindən 39 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.