Liviyanın baş naziri BMT Baş Assambleyasına qatılmayacaqbackend

Liviyanın baş naziri BMT Baş Assambleyasına qatılmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bildirilib ki, Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe ölkənin şərqində baş verən sel fəlakəti səbəbindən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatıla bilməyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Baş nazir və Nazirlər Kabineti İşləri üzrə Dövlət Naziri Adil Cuma Liviyanın BMT-dəki daimi nümayəndəsi Tahir əs-Sünniyə məktub göndərib.

Məktubda ölkədə baş verən ağrılı hadisələrə görə Dibeybenin BMT-nin 78-ci Baş Assambleyasına qatıla bilməyəcəyi bildirilib və Sünnidən bu vəziyyətlə bağlı BMT baş katibinə məlumat verməsi istənilib.

BMT Baş Assambleyasının 78-ci sessiyasının sentyabrın 19-da Nyu-Yorkda işə başlaması və 6 gün davam edəcəyi gözlənilir.

Sentyabrın 10-da Mərkəzi Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran “Daniel” fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.

Liviya Milli Birlik Hökuməti sel fəlakətində 6 min insanın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.