Los-Ancelesdəki yanğınlar ermənilərə böyük zərər verib.
İnterpress.az xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Arman Tatoyan yazıb.
“ABŞ-nin Los-Anceles şəhərində baş verən yanğınların nəticələri həqiqətən fəlakətlidir: onlarla qurban, yüzlərlə yaralı, minlərlə evsiz.
Yanğınlar soydaşlarımıza böyük ziyan vurub, təkcə insanların evlərini deyil, həm də erməni icmasının binalarını dağıdıb.
ABŞ-nin Los-Anceles şəhərinin sakinlərinə, xüsusən də soydaşlarımıza başsağlığı veririk.
Dua edirik ki, fəlakət ən qısa zamanda dayandırılsın”.
Xuraman Etibarlı
İnterpress.az