Rusiya çoxdandır ki, Ukrayna ilə sülh bağlamağa hazırdır.
İnterpress.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko cümə günü Moskvada Qələbə Paradından sonra jurnalistlərə deyib. O bildirib ki, Rusiya Federasiyası çoxdan Ukraynada təkcə atəşkəs deyil, sülh bağlamağa hazırdır.
“Atəşkəs rejiminə gəlincə, mən ona (Vladimir Putinə – red.) sözlə deyə bilərəm. Biz bu barədə onunla keçən dəfə Volqoqradda danışmışdıq. Onlar buna hazırdırlar.
Rusiya çoxdandır ki, təkcə atəşkəsə deyil, sülhün bağlanmasına da hazırdır. Məsələ Rusiyada deyil.
Ona görə də bildiyimə görə, biz buna digər tərəfdən baxmaq lazımdır. Amerikalılar və ukraynalılar sülhün lazım olduğuna qərar verən kimi, avropalılar sıraya düşəcək və sülh gələcək”, – Lukaşenko qeyd edib.
Rusiya prezidentinin indi atəşkəsə razı olub-olmaması ilə bağlı suala Lukaşenko deyib ki, “Prezident Putin heç kimə heç nə borclu deyil”.
Xuraman Etibarlı
İnterpress.az