Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Index” məlumat yayıb.
Macarıstan parlamenti nəhayət ki, Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağı təsdiqləyib, Çıxarmağı 137 deputat dəstəkləyib, 37 deputat əleyhinə səs verib, 7 deputat iştirak edib.
“Macarıstan beynəlxalq təşkilatların, xüsusən də cinayət məhkəmələrinin siyasi təsir alətləri kimi istifadəsini qəti şəkildə rədd edir”, – qanun layihəsində deyilir.
Macarıstanın BCM-dən çıxması ilə bağlı hüquqi prosesin bir il çəkəcəyi gözlənilir, xarici işlər naziri Peter Szijjarto daha əvvəl bildirib.
Xuraman Etibarlı
İnterpress.az