Macarıstan müdafiə naziri ilə NATO Baş katibi arasında telefon danışığı olubbackend

Macarıstan müdafiə naziri ilə NATO Baş katibi arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovnitski və NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bu barədə Macarıstan hökumətinin mətbuat katibi Bertalan Xavaşi məlumat yayıb.

Onun sözlərinə görə, telefon danışığı Polşaya Rusiya raketlərinin düşməsi gümanı ilə əlaqədardır.

Xatırladaq ki, Rusiyanın Ukraynaya etdiyi genişmiqyaslı raket hücumundan sonra bir neçə mərminin Polşa ərazisinə düşdüyü güman edilir. Hadisə nəticəsində 2 nəfər həlak olub. Olaydan sonra Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər.