Venesuela prezidenti Nikolas Maduro xaricə mühacirət etmiş vətəndaşlarını ölkəyə qayıtmağa çağırıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Maduro dövlət televiziyasına verdiyi açıqlamada xaricdəki venesuelalı mühacirləri qorumaq və onlara kömək etmək üçün xüsusi layihə üzərində çalışdıqlarını bildirib.
ABŞ-ın ölkəsinə qarşı davam edən sanksiyalarını xatırladan Maduro, bütün iqtisadi embarqoların qaldırıldığı təqdirdə venesuelalıların “ən gec bir il ərzində” vətənlərinə qayıda biləcəyinə inandığını bildirib.
Xaricə köçən venesuelalılara müraciət edən Maduro deyib: “Miqrantlar öz torpaqlarına qayıtmalıdırlar, ölkənin onlara ehtiyacı var. Vətənlərinə qayıdan qardaş və bacılarımız üçün əhatəli sosial proqramlar hazırlayırıq. Dünyanın müxtəlif yerlərində yaşayan venesuelalılar çox böyük bir şəraitdə yaşayırlar”.
Prezident Maduro bəyan edib ki, Venesuela xalqı “ədalətsiz sanksiyalara” məruz qaldığı üçün ölkəni tərk etmək məcburiyyətində qalıb.