Mağazadan alınan balıq paketindən CİVƏ ÇIXDI: Müştərilər məhsulun yarısını artıq YEYİB – FOTObackend

Mağazadan alınan balıq paketindən CİVƏ ÇIXDI: Müştərilər məhsulun yarısını artıq YEYİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada balıq paketində civə tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskvada “Krasnoye i Beloye” mağazalar şəbəkəsindən alınan balıq paketinin içərisində civə şarları aşkar edilib.

Məlumata görə, bir kişi həyat yoldaşı ilə birlikdə aldığı qurudulmuş balığın yarısını yedikdən sonra paketin içində parıldayan civə toplarının olduğunu fərq edib.

Hadisə ilə bağlı dərhal fövqəladə xidmətlərə zəng edilib və Pilot Qritsevets küçəsindəki ünvana xilasedicilər çağırılıb.

Aparılan ilkin ölçmələr mənzildə həqiqətən də civə buxarlarının olduğunu təsdiqləyib.

Civəli balıq ekspertiza üçün götürülüb. Hazırda bu təhlükəli maddənin qapalı paketə necə düşdüyü araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az