Mahir Emreli yenidən zədələnibbackend

Mahir Emreli yenidən zədələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli yenidən zədələnib.

İnterpress.az “Sportske.jutarnji” nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda çiynindən xəsarət alıb.

Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən dövrə ehtiyac duyulub. Azərbaycanlı forvard artıq müalicəyə başlayıb.

Onun mayın 1-də “Lokomotiva” ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.

Qeyd edək ki, Mahir Emreli “Dinamo”nun heyətində indiyədək 2 qol vurub.