Mahir Emrelinin məşhurlaşan köynəyi Polşada satışa çıxarıldı – FOTObackend

Mahir Emrelinin məşhurlaşan köynəyi Polşada satışa çıxarıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millimizin və Polşanın “Leqiya” klubunun futbolçusu Mahir Emrelinin “Lester”lə oyundan sonra müsahibə verərkən geyindiyi köynək gündəm olub.bunu nəzərə alan “Leqiya” klubu həmin köynəkləri rəsmi mağazalarında satışa çıxarıb.

Köynəyin qiyməti 89,99 Polşa zlotu (38 manat) təşkil edir. Ancaq indi sifariş etmək istəyənlərə bu köynək 80,99 zlota (34 manat) başa gələcək.

 

Qeyd edək ki, bu köynəyin üzərində oyunun hesabının yazılması maraqla qarşılanıb. Qısa vaxt ərzində hesabın əks olunduğu geyimin hazırlanması müzakirələrə səbəb olub.

Xatırladaq ki, Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin “Lester”lə görüşündə 31-ci dəqiqədə qol vurub və Varşava klubu bu görüşdə 1:0 qalib gəlib. 84-cü dəqiqədə sarı vərəqə alan futbolçumuz həmin dəqiqə də çexiyalı hücumçu Tomaş Pekhartla əvəzlənib.