“Mamajan baku”da Azərbaycan bayrağı təhqir olunur – FOTObackend

“Mamajan baku”da Azərbaycan bayrağı təhqir olunur – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda “Mamajan baku” restoranında Azərbaycan bayrağı təhqir olunur.

İnterpress.az -a Bakının mərkəzində “tarqovy” adlanan ərazidə Aleksandr Puşkin küçəsi 5-də yerləşəşən “Mama jan” restoranından şikayət daxil olub.

Məlumata görə restoranda Azərbaycan musiqisi rəsmən qadağan olunmaqla yanaşı yerli sakinlərə yəni azərbaycanlılara qarşı münasibət birmənalı deyil.

Belə ki, müştəri azərbaycanlıdırsa sifarişi saatlarla gözləməli olur. Turistlərə isə xidmət daha fərqlidir.

Daha bir biabırçılıq isə restoranın giriş hissəsində yerləşdirilən çaxır “boçkasının” üzərinə minlərlə Şəhidimizin hesabına dalğalanan Azərbaycan bayrağı təhqir olunaraq həkk olunub.

Ümidvarıq ki, aidiyyatı qrumlar məsələ ilə bağlı araşdırma aparacaq.

Maraqlıdır ki, bütün günü “tarqovıyda” dövrə vuran Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov niyə bu özbaşnalığa göz yumur.

Mövzunu davam etdirəcəyik.