“Marinera” tankerinin rusiyalı dənizçiləri azadlığa buraxılıb.
İnterpress.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “Marinera” tankerinin heyətində olan iki rusiyalı dənizçi azadlığa buraxılıb.
Zaxarovanın sözlərinə görə, həmin şəxslər hazırda sərbəstdir və Rusiyaya qayıtmaq üçün yola düşüblər.
Xuraman Etibarlı
İnterpress.az






