Rubio Trampın yanında yatmaq üçün “Air Force One” təyyarəsində “gizləndiyini” etiraf edib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
ABŞ-nin Dövlət katibi Marko Rubio prezidentin xidməti təyyarəsində (“Air Force One”) Donald Trampdan gizli şəkildə dincəlməyə çalışdığını etiraf edib.
Dövlət katibi bildirib ki, xarici səfərlər zamanı həyata keçirilən uzunmüddətli uçuşlarda bir az yatmaq üçün bu cür qeyri-adi üsula əl atır.
Rubionun sözlərinə görə, prezident Donald Tramp uçuş zamanı demək olar ki, heç vaxt mürgüləmir.
Dövlət katibi isə dincəlmək üçün divanları olan xüsusi kabinetə keçir və orada diqqət çəkməmək üçün başdan-ayağa ədyala bürünür.
“Prezidentin diqqətini cəlb etməmək üçün ədyala tamamilə bükülürəm və başımı da örtürəm, mumiya kimi görünürəm”, – Rubio zarafatla qeyd edib.
O, bu addımı prezidentin onu görməməsi və söhbətə cəlb etməməsi üçün atdığını bildirib.
Xuraman Etibarlı
İnterpress.az






