Marko Rubio fevralın 28-də İsrailə SƏFƏR EDƏCƏK – Danışıqlar masasında İran varbackend

Marko Rubio fevralın 28-də İsrailə SƏFƏR EDƏCƏK – Danışıqlar masasında İran var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marko Rubio fevralın 28-də İsrailə səfər edəcək.

İnterpress.az xəbər verir ki, bu barədə Tramp administrasiyasının nümayəndələri anonimlik şərti ilə məlumat yayıb.

ABŞ-nin Dövlət katibi Marko Rubio gələn həftə İsrailə səfər etməyi planlaşdırır.

Səfər zamanı o, İsrailin Baş naziri Benyamin Netanyahuya İranın nüvə proqramı üzrə aparılan ABŞ-İran danışıqlarının gedişatı barədə ətraflı məlumat vermək niyyətindədir.

Məlumata görə, tərəflər arasında görüşün fevralın 28-də baş tutacağı gözlənilir.

Bu səfər regionda nüvə məsələsi ətrafında gərginliyin artdığı və diplomatik təmasların intensivləşdiyi bir vaxtda baş tutur.

Xuraman Etibarlı

İnterpress.az