Masazırda evdən 85 min manatlıq qızıl oğurlandıbackend

Masazırda evdən 85 min manatlıq qızıl oğurlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masazır qəsəbəsində evdən oğurluq edilib.

İnterpress.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 manat pul və 85000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.