“Tacikistanla Rusiya arasında nifaq salmaq istəyənlər var, amma buna nail ola bilməyəcəklər”.
İnterpress.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
Matvienko bildirib ki, Rusiya ilə Tacikistan arasında münasibətlər qarşılıqlı faydalı əsasda qurulub və bütün çətinliklər, o cümlədən miqrantlarla bağlı məsələlər operativ şəkildə həll olunur.
O, Tacikistandan divarla hasarlamaq istəyənlərə də müraciət edərək, bunun heç bir nəticə verməyəcəyini vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az