Məbədi ziyarətə gələnlər kondisionerdən gələn suyu müqəddəs su ilə səhv salıb içiblər.
İnterpress.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Hindistanın Brindaban şəhərindəki məbədin camaatları kondisionerdən gələn kondensatı müqəddəs su ilə səhv salıb içmək üçün növbəyə düzülüblər.
Növbələrin videoları yayıldıqdan sonra məbəd bəyanat yaymalı, vəziyyəti izah etməli və insanları yeni yaranan mənbədən su içməməyə çağırmalı olub.
Xuraman Etibarlı
İnterpress.az