Məhəmməd Salah Premyer Liqada yeni uğura imza atıbbackend

Məhəmməd Salah Premyer Liqada yeni uğura imza atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında yeni uğura imza atıb.

İnterpress.az-ın məlumatına görə, 30 yaşlı hücumçu buna “Mançester Yunayted”ə qarşı XXX turdan təxirə salınmış oyunda dubla imza atmaqla nail olub.

Misirli forvard bir mövsümdə “qırmızı şeytanlar”a 5 qol vuran ilk oyunçu kimi tarixə düşüb.

Qeyd edək ki, qarşılaşma Mersisayd təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda ötən il IX turda rəqibini 5:0 hesabı ilə darmadağın etmişdi. Salah həmin görüşdə het-triklə yadda qalıb.