Məhəmməd Sinvar HƏMAS briqada komandiri ilə birlikdə öldürülmuş ola bilər.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail hərbi müxbirləri Qəzza zolağındakı mənbələrə istinadən bildirirlər.
Onlar deyir ki, dünən İsrailin HƏMAS-ın yeraltı kompleksinə endirdiyi zərbələr nəticəsində Məhəmməd Sinvarla birlikdə təşkilatın digər yüksək rütbəli zabitləri, onlardan biri də “Rəfiya” briqadasının komandiri Məhəmməd Şabana məhv edilmiş ola bilər.
HƏMAS-ın hərbi qanadının qurucularından biri Deif və “Xan Yunes” Briqadasının komandiri zərərsizləşdirildikdən sonra Şabana faktiki olaraq təşkilatın cənub sektorunun komandiri olub.
Təşkilatın keçmiş liderinin qardaşı Məhəmməd Sinvarın ləğvi ilə bağlı hələ də müsbət qiymətləndirmələr var, lakin hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
Xuraman Etibarlı
İnterpress.az