Meksika 12 mindən çox vətəndaşı üçün müvəqqəti düşərgələr yaradır.
İnterpress.az xəbər verir ki, bu barədə Meksika mediası məlumat yayıb. Meksika Donald Trampın təşəbbüsü ilə miqrantların deportasiyasına cavab olaraq 12 mindən çox vətəndaşı üçün müvəqqəti düşərgələr yaradır.
Eyni zamanda, ölkə daha yaxşı həyat axtarışında ABŞ-yə qeyri-qanuni yollarla sərhədi keçmək istəyən Rusiya və Mərkəzi Asiya vətəndaşları da daxil olmaqla dünyanın müxtəlif yerlərindən çoxlu sayda miqrantlar üçün mühüm tranzit məntəqəsi olaraq qalır.
Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına görə, 2023-cü ildə Meksikaya 2,24 milyondan çox insan keçib. Bu insanlar ciddi risklərlə, o cümlədən təkcə 2023-cü ildə 1560 nəfərin öldüyü və ya itkin düşdüyü Rio Qrande çayı kimi təbii maneələrlə üzləşirlər.
Xuraman Etibarlı
İnterpress.az