Meksikada kartel üzvləri “haqq” verməyən sahibkarı qətlə yetirdi
İnterpress.az xəbər verir ki, Meksikada qanlı cinayət hadisəsi baş verib.
Məlumata görə, Tixuana kartelinin üzvləri oyun avtomatları salonunu idarə edən şəxsə hücum ediblər.
Biznesmen cinayətkar qruplaşmaya “haqq” (“krışa”) ödəməkdən imtina edib. İmtinadan dərhal sonra baş tutan hücum nəticəsində o, qətlə yetirilib.
Ağır xəsarətlər alan sahibkarın həyatını xilas etmək mümkün olmayıb.
Xuraman Etibarlı
İnterpress.az






