Məktəbdə HƏYƏCAN: 13 yaşlı şagird xadiməni YARALADI – FOTObackend

Məktəbdə HƏYƏCAN: 13 yaşlı şagird xadiməni YARALADI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tatarstanda məktəbdə 13 yaşlı şagird xadiməyə bıçaqla hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Tatarıstanın Nijnekamsk şəhərində yerləşən 37 saylı liseydə fövqəladə hadisə baş verib. Bu gün səhər saatlarında 13 yaşlı şagird məktəbin girişində təhsil müəssisəsinin əməkdaşına – xadiməyə bıçaqla hücum çəkib.

Danis R. onu dayandırmağa çalışan təmizlikçi qadınla qarşılaşıb və siqnal tapançasından atəş açıb. Daha sonra o, 53 yaşlı Alsa A.-nı qolundan yaralayıb.

Məlumata görə, yeniyetmə bununla kifayətlənməyib, o, dəhlizdə partlayıcılar (petardalar) atmağa başlayıb. Qorxuya düşən şagirdlər sinif otaqlarına girərək qapıları bağlayıb gizləniblər.

Qadın xəstəxanadadır. O, güllə yarasından xəsarət alıb və həkimlər tərəfindən müayinə olunur.

Hazırda binadakı hər kəs təxliyə edilib. Hadisə yerinə təcili xidmət orqanları cəlb olunub. 

Hücum edən məktəblidən bıçaq, maska, fişəng və taktiki əlcəklər müsadirə edilib.

13 yaşlı yeddinci sinif şagirdi üç fişəng partladıb, təmizlikçi qadına bıçaqla hücum edib və qaçmağa cəhd edib. Onun qaçışı uğursuz olub və sonradan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Bu məktəbin şagirdləri Mash-a bildiriblər ki, bir neçə gün əvvəl şagirdlərdən biri damdan tullanıb – onlar onun itələndiyini düşünürlər. Onun dəfn mərasimi bu gün keçirilməli idi.

Tatarıstan İstintaq Komitəsi “qəsdən adam öldürməyə cəhd” və “səhlənkarlıq” maddələri ilə cinayət işləri açıb.

Xuraman Etibarlı

İnterpress.az