Məktəbli qız müəllimdən şikayət etdiyi üçün diz çökməyə məcbur olub.
İnterpess.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Müəllim Lyudmila Vinokurova 10 yaşlı Maşanı küncə qoyaraq cəzalandırıb. Bundan əvvəl onun sinif yoldaşları təhqirlərlə karikatura çəkiblər. Qız bəyənmədiyi rəsmi cırıb, bu da müəllimin xoşuna gəlməyib.
Daha sonra başqa bir müəllim Svetlana Lomovtsova Maşanı dərs zamanı bütün sinfin qarşısına çıxarıb, diz çökdürüb, üzr istədib.
“Şikayət etməyə nə haqqın var idi? Bu, ilahi müəllimdir, Luqanskdandır”, – o deyib.
Qızın anası bildirib ki, hadisədən sonra onu “müəllimi təhqir etdiyinə görə cinayət məsuliyyəti ilə hədələyiblər”.
Eyni zamanda, onun sözlərinə görə, daha 10 valideyn Vinokurovanın oxşar hərəkətlərindən şikayətlənib.
Xuraman Etibarlı
İnterpess.az