Fransada məhbuslar mələfə ilə pəncərədən düşərək qaçıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Barmaqlıqları kəsib mələfələri bir-birinə bağlayan məhbuslar aradan çıxıb, biri şikayət məktubu qoyub.
Fransanın Dijon şəhərində iki məhbus həbsxanadan qaçıb. Onlar qaçış planını həyata keçirmək üçün pəncərənin barmaqlıqlarını kəsiblər, daha sonra isə mələfələri bir-birinə bağlayaraq pəncərədən aşağı düşüblər.
Qaçanlardan biri qətlə cəhddə şübhəli bilinən 19 yaşlı gənc, digəri isə məişət zorakılığında ittiham olunan 32 yaşlı kişidir.
İkinci şəxs qaçarkən arxasında məktub da qoyub. O, məktubda “onu həbsdə çox uzun müddət saxladıqlarından” şikayətlənib.
Qaçaqların axtarışına artıq 100-ə yaxın polis əməkdaşı cəlb olunub.
Xuraman Etibarlı
İnterpress.az






