Mənzildə gizli TƏHLÜKƏ: Əriyən uzadıcı 18 yaşlı qızı ZƏHƏRLƏDİbackend

Mənzildə gizli TƏHLÜKƏ: Əriyən uzadıcı 18 yaşlı qızı ZƏHƏRLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 18 yaşlı qız əriyən uzadıcının tüstüsündən boğulmaq təhlükəsi yaşayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Novoposelkovaya küçəsindəki mənzildə olan 18 yaşlı qız qəfil öskürməyə və boğulmağa başlasa da, bunun səbəbini uzun müddət anlaya bilməyib.

Səhhəti pisləşən gənc qız nəhayət xilasedicilərə zəng etmək qərarına gəlib.

Hadisə yerinə gələn mütəxəssislər müəyyən ediblər ki, otaqdakı elektrik uzadıcısı (“udlinitel”) sessizcə əriyərək ətrafa kəskin yanan plastik tüstüsü yayırmış.

Elektrik naqilinin aşırı yüklənmə və ya qısaqapanma səbəbindən əridiyi ehtimal olunur.

Vaxtında müdaxilə sayəsində qız daha ağır zəhərlənmədən xilas edilib.

Xuraman Etibarlı

İnterpress.az